Hindistan hərbi büdcədən “ağıllı” istifadəni Azərbaycandan öyrənə bilər - FOTO

“The Print” nəşri Hindistan və Azərbaycanın hərbi büdcə xərclərinin effektivliyini müqayisə edən məqalə yayımlayıb.
“Hindistan hərbi büdcədən “ağıllı” istifadəni Azərbaycandan öyrənə bilər” başlıqlı yazıda qeyd olunur ki, son günlərdə Hindistanda hərbi büdcənin həcmi və ondan daha effektli istifadə olunması məsələsi gündəmə gəlib.
Məqalənin müəllifi Sneheş Aleks Filip cari ildə Asiya nəhənginin hərbi büdcəsinin ölkə ÜDM-nin 2.14 faizinə bərabər olduğunu bildirib.
Daha sonra o, nümunə olaraq Azərbaycanı göstərib.
Yazıda qeyd edilib ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute - SIPRI) məlumatlarına görə, 2009-2018-ci illər arasında Azərbaycan müdafiə məqsədlərilə təxminən 24 milyard ABŞ dolları xərcləyib.
“Azərbaycanın atdığı daha bir ağıllı addım təkcə silah arsenalını artırmaq deyil, həm də mənbə siyahısını şaxələndirmək oldu. Azərbaycan ağıllı davranaraq satınalmalarını şaxələndirdi və Rusiya ilə bərabər Türkiyədən, İsraildən də müdafiə sənayesi məhsullarını tədarük etdi. Lakin Ermənistan silah alışında əsas diqqətini Azərbaycana da silah tədarük edən Rusiyaya yönəltdi.
Böyük Britaniyanın Müharibə və Sülh Araşdırmaları İnstitutunun (IWPR) məlumatlarına görə, İsrail 2015-2019-cu illərdə silah idxalına görə Azərbaycanın hərbi sahədə ən böyük ticarət tərəfdaşı olub. Bu dövrdə İsrailin Azərbaycanın silah idxalındakı payı 60 faiz, Rusiyanın 31 faiz, Türkiyənin isə 3,2 faizdir. Qalan 5,8 faiz Ukrayna, Belarus, Pakistan və Çinin payına düşür.
Bununla da, Azərbaycan silah alışının şaxələndirilməsi hesabına, Türkiyənin “Bayraktar TB2” dronu və İsrailin “Heron-TP” dronu kimi silahlardan istifadə etməklə 44 günlük Vətən müharibəsinin gedişatında vəziyyəti öz xeyrinə dəyişdi”, - deyə məqalədə bildirilib.
Yazıda həmçinin vurğulanıb ki, Azərbaycan hökuməti silah alışı zamanı tərəfdaş seçərkən mövcud siyasi müttəfiqlərə üstünlük verib. Beləliklə, Azərbaycan üçün 2010-2015-ci illərdə Rusiya, 2015-2019-cu illərdə İsrail, 2020-ci ildə Türkiyə əsas tərəfdaş kimi çıxış edib.
Sonda müəllif ölkəmizin timsalında belə nəticəyə gəlib ki, əsas məsələ vəsaitin həcmi deyil, onun daha ağılla sərf edilməsidir.|oxu/az
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI











