Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO

Son günlər sosial şəbəkələrdə yeni bir trend diqqət çəkir. Özünü pəhləvan və ya influenser kimi təqdim edən bəzi şəxslər qarpızı barmaqla deşərək bunu güc nümayişi kimi təqdim edir və görüntüləri sosial şəbəkələrdə paylaşırlar. Trendin Azərbaycandan kənara çıxaraq Türkiyə və digər ölkələrdə də yayılması diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, ilk baxışdan əyləncəli görünən bu cür görüntülər əslində başqa bir sualı da gündəmə gətirir: sosial şəbəkələrdə bir neçə saniyəlik görüntü və yüksək baxış sayı qazanmaq üçün neməti yararsız hala salmaq nə dərəcədə doğrudur?
Sosial media alqoritmləri qeyri-adi, təəccübləndirici və insanlarda reaksiya doğuran videoların daha çox izlənməsinə şərait yaradır. Bu isə bəzi kontent yaradıcılarını daha fərqli və diqqətçəkən hərəkətlər etməyə sövq edir. Qarpızın barmaqla deşilməsi də məhz bu baxımdan “viral” kontentə çevrilir.
Lakin burada söhbət yalnız bir qarpızdan getmir. Qida məhsulunun sırf görüntü və əyləncə naminə bilərəkdən zədələnməsi nemətə münasibət və israf məsələsini də gündəmə gətirir. Xüsusilə ərzaq məhsullarının qiymətinin və israfla bağlı narahatlıqların mövcud olduğu bir vaxtda bu cür davranışların normallaşdırılması mübahisəli görünür.
Əlbəttə, qarpızı barmaqla deşmək texniki baxımdan hansısa fövqəladə “güc” göstəricisi olmaya bilər. Ancaq əsas məsələ də budur ki, insanları heyrətləndirmək üçün daha sağlam və faydalı yollar olduğu halda, niyə məhz qidanı zədələməklə diqqət çəkməyə çalışılır?
Bəlkə də sosial şəbəkələrdə əsas məqsəd “nə qədər baxış topladım?” yox, “nəyi nümayiş etdirirəm və bunun cəmiyyətə mesajı nədir?” sualına cavab vermək olmalıdır.
Qeyd edək ki, 6 il bundan əvvəl “Zevs” ləqəbli bloqer qardaşı ilə birlikdə qarpızları yerə çırpıb israf etdiklərinə görə ciddi tənqid edildilər. Daha sonra isə onlar əməllərinə görə üzr istəməli olmuşdular.
Eltac Zülfüqaroğlu
Metrodan istifadə edən şəxslərin NƏZƏRİNƏ! - Qrafik DƏYİŞİLİR
Beyləqan Regional Mühafizə Şöbəsində Zəfər Günü qeyd edilib - VİDEO
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
QHT-lərin Əməkdaşlıq Forumundan Prezidentə müraciət
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Ərdoğanın Azərbaycana gəlişi münasibətləri düzəldə bilər? - POLİTOLOQ
Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş - ŞOK ADLAR ÜZƏ ÇIXDI












