İlk velosiped yolları bu ərazilərdə olacaq - AÇIQLAMA

"Bakı şəhərində 19 km-ə yaxın velosiped yollarının nəqliyyat cəhətdən əlverişliliyi artıq yekunblaşıb".
Avtosfer.az xəbər verir ki, bunu "AvtoFM" radiosunda yayımlanan verilişə qonaq olarkən Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. BNA sədrinin sözlərinə görə, indi onun tikinti və layihələndirmə işi davam etdirilir: "Bu işləri biz, 5 fazaya bölmüşük. Şəhər daxilində bir yerdən başqa yerə getmək üçün velosiped istifadə etmək real nəqliyyat vasitəsi kimi fərqli anlayışdır. Orada güzgülər, qorunma metodikaları olmalıdır və velosiped sürənlər üçün rahatlıq təmin olunmalıdır. İnfrastruktur yaradıldıqdan sonra bu əməliyyatları həyata keçirə bilən xarici ölkələrdəki operatorları cəlb edəcəyik".
V. Kərimli vurğulayıb ki, ilk olaraq layihə Hökumət Evinin ətrafı, sonra Heydər Əliyev Mərkəzi və əsasən parkların ətrafında tətbiq olunacaq: "Bundan sonra 5 pilot layihə arasındakı yolların birləşdirilməsi nəzərdə tutulur. ilkin mərhələdə biz daha çox səki geniş olan yerlərdə velosiped yollarını tətbiq edirik ki, yolun hərəkət hissəsinə az təsir etsin. İnsanlar bu vərdişə öyrəşdikcə artıq onu bir az da yol istiqamətinə çıxaracağıq".
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











