İlkin Süleymanovun polis əmisi oğlu işdən çıxıb? - RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanovun işdən uzaqlaşdırılması və şərlənməsi ilə bağlı məsələyə münasibət bildirib.
Avtosfer.az-ın məlumatına görə DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında bildirib ki, cinayətdə şübhəli bilinən şəxsin qohumunun harada işləməsinin məsələyə heç bir aidiyyəti yoxdur:
“Həmin şəxs düz danışmır. O, bəlkə də, polis işlədiyi üçün əmisi oğlunun bu cür ağır cinayətdə şübhəli bilinərək saxlanmasından utanıb, xəcalətindən bu addımı atır və məsələni başqa tərəfə yönəldir. Guya o inciyir ki, daxili işlər orqanının əməkdaşı olduğuna görə cinayətdə şübhəli bilinən əmisi oğluna güzəşt olunmur.
Amma həmin şəxs unudur ki, ağır cinayət törətməkdə şübhəli bilinən şəxsin qohumunun harada işləməsinin, hansı mövqedə olmasının məsələyə heç bir aidiyyəti yoxdur. Qanun hamı üçün eynidir. Burada da heç kimə güzəşt olunmur. Şəxs ağır cinayətdə şübhəli bilinib və saxlanılıbsa, qanunun tələblərinə uyğun istintaq, əməliyyat tədbirləri həyata keçirilir”.
“M.Süleymanovun daxili işlər orqanında istefa ərizəsi olmur, raport yazılır. O da raport yazıb işdən getmək istəyirsə, baxılar və müvafiq qərar qəbul edilər”, - deyə E. Zahidov qeyd edib.
Qeyd edək ki,Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanov “Kanal 13”ə müsahibəsində bildirib ki, “polis əməkdaşı kimi hörmət qoyulmadığı üçün” işdən çıxması üçün ərizə yazıb.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












