İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb

“İranın Gilan əyalətin Rəşt və Rudbar şəhərlərində baş vermiş qar uçqunu nəticəsində 7 nəfər ölüb”. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bunu İranın Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Müctəba Xalidi deyib. Onun sözlərinə görə, ölənlərdən 5 nəfəri Rudbar, 2 nəfəri isə Rəşt şəhərində qar uçqunu altında qalaraq həyatını itirib.
Güclü qar və boran nəticəsində Gilan əyalətində yollar bağlanıb. Çox sayda insan yollarda qalıb. İran yol polisi əhaliyə müraciət edərək Gilan əyalətinə səfər etməməyə çağırıb. Yolda qalan sərnişinlər isti sığınacaq və yeməklə təmin olunub. Həmin ərazilərə yardım məqsədilə digər əyalətlərdən xilasedicilər cəlb olunub.
Qeyd edək ki, Qəzvin - Rəşt maqistral yolu bağlanıb. Güclü qar bəzi bölgələrdə işıqların sönməsinə səbəb olub. 78 nəfər yolların buz bağlaması nəticəsində yıxılaraq müxtəlif dərəcəli xəsarət alıb.
Xatırladaq ki, Gilan əyaləti Azərbaycanla sərhəddə yerləşir. Azərbaycanın Astara şəhəri Gilan əyalətinin Astara şəhəri ilə həmsərhəddir. Azərbaycandan Astara sərhəd keçid məntəqəsilə İrana səfər edənlər çox vaxt Rəşt - Qəzvin maqistral yolundan istifadə edirlər.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












