İctimai nəqliyyat işçilərinin tətili davam edir

Berlin İctimai Nəqliyyat Şirkətinin (BVG - Berliner Verkehrsbetriebe) işçiləri əməkhaqqının artırılması və daha yaxşı iş şəraiti tələbi ilə etirazları davam etdirirlər. Almaniya paytaxtında avtobus, metro və tramvayların hərəkəti tamamilə dayanıb.
Avtosfer.az “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, BVG işçiləri Almaniyanın ən böyük həmkarlar ittifaqları təşkilatlarından olan Verdinin rəhbərliyi ilə etirazları gücləndirərək, işəgötürənlərdən daha ədalətli təkliflər tələb edirlər.
Aksiya zamanı yüzlərlə BVG əməkdaşı Berlinin nəqliyyat administrasiyasının qarşısında toplaşaraq, senator Ute Bondeyə petisiya təqdim edib. İşçilər martın 21-dək qənaətbəxş təklif verilmədiyi təqdirdə müddətsiz tətillərə başlayacaqları barədə xəbərdarlıq ediblər.
Verdi həmkarlar ittifaqı əməkhaqqının dərhal 750 avro artırılmasını, 13-cü maaşın (bayram müavinəti) tətbiqini və əlavə növbə əlavələrinin verilməsini tələb edir. BVG rəhbərliyi isə maaşların 15,3 faiz artırılmasını təklif etsə də, bu, işçiləri qane etmir.
Verdi Almaniya paytaxtının ictimai sektorunda daha genişmiqyaslı tətillər elan edib. Fevralın 13-14-də səhiyyə, kommunal xidmətlər və digər dövlət müəssisələrinin əməkdaşları işlərini dayandıracaqlar. Növbəti danışıqların fevralın 17-18-də Potsdamda davam etdirilməsi planlaşdırılıb.
BVG rəhbərliyi bu cür sərt tətilləri əhalinin əleyhinə olduğunu iddia edərək işçiləri kompromisə çağırır. Lakin həmkarlar ittifaqı reallıqdan uzaq maaşların və ağır iş şəraitinin dəyişmədiyi təqdirdə etirazları davam etdirəcəyini açıqlayıb.
Ərəb ölkələrinin ABŞ-İsrail-İran münaqişəsinə qoşulması gündəmdədir – SİYASİ ŞƏRHÇİ
Bəzi obyektlər dövlət tərəfindən qorunan binalara müdaxilə edir - MEMAR
Obyektlərin icarə xərcləri onlayn ticarətə təkan verir – Ekspert RƏYİ
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR










