İlham Əliyev: "Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə"

"Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.
"Ulu Öndər bunu deyəndə tam haqlı idi. Ancaq bilirsiniz, o vaxt işğal dövrü idi və bəziləri hesab edirdi ki, azərbaycanlılar bu işğalla barışacaq. Bəziləri belə çirkin təbliğat aparırdı xüsusilə xarici dairələrdə ki, biz bunu unutmuşuq, biz vəziyyətlə barışmışıq. O isə heç vaxt barışmırdı bu vəziyyətlə və bizə qoyduğu, necə deyərlər, bu yol da məhz azadlıq yolu idi, qurtuluş yolu idi. Ona görə biz bu tarixi Zəfəri çalandan sonra artıq bütün dünya gördü ki, O, o vaxt, o ağır dövrdə nə qədər haqlı idi", - dövlət başçısı qeyd edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












