İmkanlı şəxslər Qarabağda evlərini özləri tikəcək - Xüsusi nümayəndəlikdən AÇIQLAMA

"Qarabağda aztəminatlı məcburi köçkün ailələrinə dövlət tərəfindən evlər veriləcək".
Bunu "Unikal"a açıqlamasında Prezidentin Zəngilan xüsusi nümayəndəliyinin əməkdaşı Növrəs Cəfərov deyib. O bildirib ki, imkanlı şəxslərə isə azad edilmiş ərazilərdə ev tikmələrinə şərait yaradılacaq: "Evlərini fərqli formada tikmək istəyən sakinlər var. Onlar bu barədə bizə müraciət ediblər.
Misal olaraq, Ağalı kəndi tikilir, orada yaşayış var. Lakin Ağalıdan olan imkanlı şəxslər üçün bir ərazi ayrılacaq ki, istənilən adam gəlib orada ev tikə bilsin. Artıq bu istiqamətdə işlər gedir.
Bu məsələni Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev də Qubadlı Rayon İcra Hakimiyyətində keçirdiyi görüşdə səsləndirdi. Orada da bununla bağlı suallar verildi həmin sualları cavablandırıldı", - deyə o bildirib.
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO












