İranda hökumət aksiyası: Azərbaycan təhdid olundu

Aprelin 15-də İranda hökumətin təşkil etdiyi "Qüds günü" aksiyaıarında Azərbaycan Respublikasına qarşı plakatlar qaldırılıb.
Bu barədə İran mediası və Azərbaycanda axtarışda olan İrana sığınmış şəxslərin sosial media kanallarında foto və videolar yayılıb.
Azərbaycan prezidenti əleyhinə yazılan şüarlarla yanaşı "Qüdsə gedən yol Bakıdan keçir" məzmunlu plakatlar qaldırılıb.
Bu, Xomeyni İranda hakimiyyətə gələndən sonra dediyi "Qüdsün yolu Kərbəladan keçir" şüarının yeni formasıdır.
Xomeyni İsrailin məhv olması və Qüdsün alınması üçün ilk növbədə İraqın Kərbəla şəhərini almağın vacibliyini bildirirdi.
Qeyd edək ki, İran hökumətinin təşkil etdiyi "Qüds günü" aksiyaları sönük keçib. Aksiyalara SEPAH və ona bağlı yarım hərbi “Bəsic” qüvvələri, onların ailə üzvəri və azyaşlı uşaqları cəlb olunub. (axar.az)
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












