İranla sərhəddə ATIŞMA: havaya PUA qaldırıldı - VİDEO

İranla dövlət sərhədində sərhəd pozucusuna atəş açılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.
Məlumata görə, Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisinə keçmiş sərhəd pozucusu sərhəd naryadı tərəfindən verilən “Dayan” komandasına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq qaçmağa cəhd göstərib. Sərhəd naryadı təlimata uyğun hərəkət edərək sərhəd pozucusunu yaxalamaq məqsədilə silah tətbiq edib və sərhəd pozucusunu ayağından yaralanıb.
Saxlanılan şəxsin üzərindən 1 (bir) ədəd xəncər aşkar edilib. Yaralanmış şəxsə sərhədçilər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra Füzuli rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində qamışlıqda gizlənmiş digər sərhəd pozucusu saxlanılıb, baxış zamanı 1 (bir) ədəd bağlamada 6 kiloqram 400 qram narkotik vasitə “marixuana” (xırda bükümlərdə “metamfetamin”, 1000 (min) ədəd psixotrop tərkibli “gapaprel” həbləri) və 1 (bir) ədəd bıçaq aşkar olunaraq götürülüb.
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO












