İranlı sürücü narkotik vasitəni "plov"un içərisində gizlətdi - DGK tutdu - FOTO

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda tranzit gömrük proseduru altında qeydiyyatdan keçməklə İrandan Rusiyaya "tütün" yükü aparan "DAF" markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.
Avtosfer.az-ın komitəyə istinadən verdiyi məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Daha sonra nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük yoxlaması həyata keçirilib və bu zaman xidməti it avtomobilin kabinəsinin müxtəlif yerlərinə reaksiya verib.
Yoxlama zamanı avtomobilin kabinəsində, sürücü oturacağının üzlüyünün altında olan boşluqdan və qabda olan "plov" yeməyinin içərisində gömrük nəzarətindən gizlədilən 2 ədəd bükümdə, ümumi çəkisi 12,1 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
Prezidentin köməkçisi Ermənistanı gəzdi - VİDEO
Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşdü
Sel suları 25 avtomobil yoluna ziyan vurdu - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu - SƏBƏB
Bakıda nəhəng hava limanı İNŞA OLUNUR: İxrac imkanları genişlənəcək - VİDEO
Məşhur aktrisanın yazışmaları ÜZƏ ÇIXDI - “Kokain lazımdır, təcili!”
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA










