İş yerini dəyişən vətəndaşın kredit borcu necə ödənilməlidir?

Son dövrlər iş yerini dəyişən vətəndaşlar kredit ödənişlərində müəyyən problemlərlə üzləşdiklərini bildirirlər. Belə ki, əməkhaqqının ödəniş tarixi dəyişdiyi halda onlar banklardan kredit müqaviləsinin yenilənməsini tələb edirlər.
Maraqlıdır, belə hallarda əlavə faiz və ya cərimənin tətbiqi hansı qanuni əsasla həyata keçirilir və kredit müqaviləsində əməkhaqqı tarixinin dəyişməsi kimi hallar üçün xüsusi bənd nəzərdə tutulmalıdırmı?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, hər şey bağlanmış müqavilənin şərtlərinə əsasən həyata keçirilir:
“Qanuna görə vətəndaş bankla müqavilə bağlayır və həmin müqavilədə kreditin ödəniş tarixi dəqiq göstərilir. Vətəndaş o tarixdə ödəniş etməlidir. Əgər gecikmə olarsa, bank müqavilə şərtlərinə əsasən cərimə və əlavə faiz hesablayır. Bu, tam qanunidir və ölkə qanunvericiliyinə uyğundur”.
Ekspertin sözlərinə görə, vətəndaş yalnız bankla müraciət edib müqavilənin şərtlərinə yenidən baxılmasını xahiş edə bilər, lakin müqaviləni birtərəfli qaydada dəyişmək hüququ yoxdur:
“Əgər vətəndaş əməkhaqqı tarixinin dəyişməsi səbəbindən ödənişi vaxtında hamısı edə bilmirsə, bankın səlahiyyətindədir ki, bu tarixi dəyişsin və ya yox. Kredit götürülərkən bu kimi hallar əvvəlcədən nəzərə alınmalı, uyğun ödəniş tarixi müəyyən edilməlidir”.
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Maşınla yola çıxanların NƏZƏRİNƏ!
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY












