“İsrailin məqsədi Qəzzaa torpaqlarını yəhudiləşdirməkdir” - POLİTOLOQ

Artıq uzun illərdir davam edən İsrail-Fələstin müharibəsi Yaxın Şərqdə yeni nüansları ortaya çıxarıb. Donald Tramp ABŞ-nin prezidenti seçildikdən sonra dünyada sülhü bərqərar edəcəyini bildirsə də, İsraillə Fələstin arasındakı münasibətləri tənzimləməyi bacarmadı. Oktyabrın 12-si İsrailə səfər etdikdən sonra növbəti gün Misirdəki sülh sammitinə qoşulan Tramp İsraillə Fələstin arasında atəşkəsə nail olmuşdu. Lakin artıq 2 gündür davam edən döyüşlər yenidən alovlanmağa və günahsız insanların ölümünə səbəb olub.
Bir sıra siyasi dairələrdə İsrailin öz məqsədinə nail olduğunu, əsirləri geri qaytardığını və artıq kimsənin onun qarşısını ala bilməyəcəyinə əmin olduğu üçün hücumlara yenidən başladığını bildirirlər. Məsələ ondadır ki, 1 həftə çəkən atəşkəs prosesində İsrailin nələrə nail olduğu, hansı siyasət güddüyü bilinmir. Bu azmış kimi, dünya ictimaiyyəti İsrailin bu dəfəki hücumundakı məqsədi də anlamaqda çətinlik çəkir.
Mövzu ilə əlaqədar politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Qəzzada baş verən hadisə şübhəsiz ki, bir daha onu göstərdi ki, İsrail üçün burada əsas məqsəd əsirləri azad etmək olub. Yəni, heç bir sülh razılaşmasından söhbət getmirdi. Əsas məsələ sadəcə əsrlilərin azad edilməsi idi:

“İsrail buna nail olduqdan sonra yenidən əməliyyatları bərpa edir. Ümumilikdə İsrailin əsas niyyəti Qəzzanın insansızlaşdırılması və həmin bölgədə kütəvi yahudi yaşayış məskənlərinin salınmasıdır ki, bölgə İsrailə ilhaq edilsin. Digər bir proses isə HƏMAS-ın məhv edilməsidir ki, bu, Fələstin Müqavimət Hərəkatının tamamilə sıradan çıxarılmasına hesablanmış bir addımdır.
Yəni, burada İsrailin əsas iki məqsədi var. Birincisi, HƏMAS-ın sıradan çıxarılaraq Fələstin Müqavimət Hərəkatının məhv edilməsi, ikincisi isə Qəzzanın insansızlaşdırılması.
İnsansızlaşdırılma prosesi də həm insanların fiziki cəhətdən məhv edilməsi, həm də qorxudularaq bölgənin tərk etdirilməsi hesabına başa gələcək bir prosesdir. Bu, əvvəlcədən məlum idi. Donald Tramp bu ilin əvvəllərində hakimiyyətə gəldikdən sonra Qəzzanın gələcək idarəsiylə bağlı plan irəli sürülmüşdür və orada bütün yerli sakinlərin həmişəlik Qəzza bölgəsindən tamamilə köçürülməsini nəzərdə tuturdu.
Məsələnin mahiyyəti Qəzzada Fələstin irsini tamamilə yox etmək və bu bölgəni yahudiləşdirməkdir. Yəni, İsrailin tərkibinə qatmaqdır. İsrail, onsuz da, bunu İordan çayının qərb sahillərində də edib, daha doğrusu, edir hal-hazırda və Qüdsün şərq hissəsində də bunu həyata keçirir.
Fələstin ərazisinə düşən həmin əraziləri ilhaq edib və faktiki olaraq ABŞ-ni də arxasına olaraq, bölgədə çox ədalətsiz və birbaşa Fələstinin hüquqlarına toxunacaq siyasət aparır. Bu siyasi xətt davam edəcək. Bu, aydın şəkildə görünür ki, Qəzzada sülh heç mümkün deyil və təbii ki, burada prosesi pozan ölkə İsrail olub. Bu, açıq aydın şəkildə görünür. İsrail istədiyinə nail olmadıqca, həmin bölgəyə sülh gəlməyəcək. Oradan sonuncu insan köçürülənə qədər İsrail əməliyyatları mərhələli şəkildə davam edəcək”.
Səfər
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!








