Banner

Kənd təsərrüfatının inkişafında İnam Kərimov faktoru - Elmir Murad YAZIR

Gündəm 7 Fevral 2020 17:09 Oxunub 2784
Kənd təsərrüfatının inkişafında İnam Kərimov faktoru - Elmir Murad YAZIR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əsas hansı sahədə işləmək yox, necə işləməkdir

İnam Kərimov Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərliyindən çıxarılıb Kənd Təssərüfatı naziri təyin olunanda bəziləri bunu kinayə ilə qarşıladı ki, indiyənə qədər bu sektorda çalışmayan birinə sözügedən sahə necə tapşırıla bilər?!. Amma zaman və sonrakı proseslər göstərdi ki, bir sahəni inkişaf elətdirmək üçün birinci növbədə əzmkarlıq, işgüzarlıq və ürəkdən çalışmaq lazımdır. İnam Kərimovun Kənd Təsərrüfatı naziri təyin olunmasından nə az-nə çox 1 ildən biraz artıq vaxt keçib. Amma bu qısa zamanda elə böyük işlər görüb ki, hərdən qısa zamana bu qədər işi necə sığışdırdığına açığı təəccüblənmirəm desəm yalan olar. Məsələn onun nazirliyə gəlişindən sonra aqrar subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə start verilib. Nazirin özünün də dediyi kimi EKTİS Kənd Təsərrüfatı Nazirliyinin öz fəaliyyətində əsas götürdüyü fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsiplərini özündə birləşdirən ən böyük innovativ təşəbbüslərdən biridir. Bu təşəbbüsün reallaşması aqrar subsidiyaların verilməsində şəffaflığı təmin edəcək, kağız sənəd dövriyyəsini aradan qaldıracaq, fermerlərin dövlət dəstəyindən yararlanmasında insan faktorunu minimuma endirəcək. EKTİS-in tətbiqi nəticəsində subsidiyalar əvvəlki illərdən fərqli olaraq fermerlərə ilin sonunda deyil, əvvəlində veriləcək. Bununla da fermerlər ilin əvvəlində təsərrüfat xərclərinin bir hissəsini qarşılamaq imkanı əldə edəcəklər. İ.Kərimovun fəaliyyəti bununla yekunlaşmır. Onun Kənd Təssərüfatı nazirliyinə gəlişindən sonra həm də aqrar sığorta məsələsi də qabardıldı və həlli istiqamətində ciddi işlər görüldü. Artıq Milli Məclis tərəfindən “Aqrar sığorta haqqında” qanun qəbul olunub, Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini və “Aqrar sığorta predmetinin tərkibini” təsdiqləyib. Bu o deməkdir ki, artıq Azərbaycanda da ilk dəfə aqrar sğıortanın geniş miqyaslı tətbiqi üçün hüquqi baza formalaşıb. Azərbaycanda aqrart sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulur. “Bu model dövlət-özəl sektor əməkdaşlığına əsaslanır. Dövlət aqrar sığorta orqanı vasitəsilə sığorta risklərini öz üzərinə götürəcək, bir hissəsini isə təkrar sığorta vasitəsilə yenidən özəl sektora ötürəcək. Aqrar Sığorta Fondu Nazirlər Kabinetinin “Aqrar sığorta predmetinin tərkibi” haqqında qərarında göstərilmiş məhsullar üzrə sığorta prosesində iştirak edəcək və riskin 50 faizini öz üzərinə götürəcək. Məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq, fermerlərə dövlət dəstəyini gücləndirəcək, məşğulluğa müsbət təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə vermiş olacaq və sığorta bazarını gücləndirəcək. Bu baxımdan aqrar sığorta mexanizminin Azərbaycanda tətbiqinə başlanması kənd təsərrüfatının inkişafını təmin edəcək əsas amillərdən biri kimi qəbul olunmalıdır” müsahibələrinin birində nazir belə deyib. Mən Zirəddin Rzayev deyiləm ki, gələcəyə dair proqnozlar verim. Azərbaycanın kənd təsərrüfatının fantastik formada inkişaf edəcəyini də iddia edə bimərəm. Amma ortada qısa zamanda görülmüş işlər və Azərbaycanın kəd təsərrüfatının sürtələ inkişaf tempi faktı var. Ona görə də yaxın zamanlar da olmasa da, yaxın gələcəkdə kəndlərimizdə, rayonlarımızda böyük təsərrüfatların yaranacağı, inkişaf edəcəyi indidən görsənir. Kənd təsərrüfatının inkişaf etdirilməsi təkcə yeni iş yerləri demək deyil, həm də kənddən şəhərə insan axınının azalması, ərzaq qiymətinin daha münasib olması, həm də Azərbaycanın idxal edən ölkədən ixrac edən dövlətə çevrilməsi deməkdir. Bu baxımdan İnam Kərimovun fəaliyyəti tək kənd təsərrüfatının inkişafı yox, eyni zamanda ona paralel olaraq digər sahələrin də inkiaşfıdır. Ona görə də əsas hansı sahədə işləmək yox, necə işləməkdir?!

ŞƏRH YAZ
Ad

E-mail

Şərh