Kobud rəftar edən taksi sürücülərini kimə şikayət edək?

Taksi sürüclərinin fəaliyyəti ilə bağlı ölkədə bir çox tədbir həyata keçirilib. Hətta artıq onlar Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlara cəlb edilir. Bütün bunlara baxmayaraq, taksi sürücülərinin mədəniyyətsiz davranışlarından şikayətlər hələ də öz aktuallığını qoruyur. Sərnişinlə kobud rəftar, sükan arxasında siqaret çəkmək və s. bunlar sadəcə şikayətlərin bir qismidir.
Bəs sərnişinlər bu cür sürücülərdən hara şikayət edə bilər?
Bununla bağlı nəqliyyat eksperti Rövşən Həsənov açıqlamasında bildirdi ki, bu kimi sürcülərə qarşı mütəmadi olaraq mübarizə aparılır:
"İmtahan verdikdən, taksi fəaliyyətilə məşğul olmağa icazə verən lisenziyanı əldə etdikdən sonra belə, hansı struktur olmasına baxmayaraq, qayda-qanunlara riayət etməyən sürücülər tapılır. Bu cür hallarla bağlı sərnişinlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qaynar xəttinə, həmçinin 102 xidmətinə zəng edərək şikayət edə bilərlər".
Ekspertin sözlərinə görə, bəzi sərnişinlər də qarşı tərəfdə kifayət qədər qıcıq oyada bilirlər.
"Ümumiyyətlə, taksi sürücüləri ilə bağlı xoşagəlməz hallarla qarşılaşdıqda hər bir vətəndaş bunu sosial media hesablarında paylaşıb işıqlandırsa, görülən tədbirlərin gücləndirilməsinə kömək olar", - deyə Rövşən Həsənov qeyd etdi.
(redaktor.az)
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












