Kredit borcu olanların DİQQƏTİNƏ – Güzəşt ediləcək?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli pensiyalarla bağlı qrafikin dəyişməsinə münasibət bildirib. Deputatın fikrincə, pensiyaçıların xeyli hissəsinin çətinliklə üz-üzə qaldığı bir vaxtda pensiyaların verilmə qrafikinin dəyişdirilməsi narazılıq yaradan hərəkətdir. Əli Məsimli təklif edib ki, banklar pensiyaların verilmə qrafikindəki dəyişikliyə uyğun olaraq yeni qrafik tətbiq etsin. Yəni banklar onsuz da çətin durumda olan pensiyaçılarla gecikmə faizi hesablamasın və tətbiq etməsin.
Banklar belə bir təşəbbüslə çıxış edə bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Yenisabah"a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, kredit ödənişlərində avtomatlaşdırılmış prosedur tətbiq olunur:
“Hər xidmətin öz işi var. Əslində, bankları bu mövzuda təqsirkar çıxarmaq olmaz. Çünki prossedur qaydaları var və onlar elektronlaşdırılıb. Artıq insan faktoru yoxdur və avtomatlaşdırılmış idarəetmə üslubu öz rolunu oynayır. Müqavilə, ödəniş və şərtlər üzrə qrafik sistemi vurulur və vaxtı çatanda sistem avtomatik tələb edir ki, filan şəxsin borcu yaranıb. Ödənişlər zamanında həyata keçirilsə, belə problemlər də yaranmaz”.
Ekspert qeyd edib ki, əsas məsələ pensiya və digər müavinətlərin köçürülməsini vaxtı-vaxtında təmin etməkdir:
“Hər bir halda insan faktoru var və söhbət eyni xalqın, millətin bir dairədə olan fəaliyyət növündən gedir. Əlbəttə, istənilən halda bu tənzimlənə bilər. Amma hər dəfə bununla bağlı dövlət orqanları qərar qəbul etməməlidir. Yeri gələndə bank sektoru bununla bağlı özü qərar çıxara bilər. Məsələn, vətəndaşın kartı ləğv olunmayıbsa, deməli, maaşı gələcək. Amma bu, hər dəfəsində sistemdə çoxlu dəyişiklik tələb edir. Pensiyalar zamanında verilsə, belə problemlər də olmaz. Əsas problemi kənarda qoymamalıyıq. Bu proses həll olsa, kredit ödənişində gecikmələr də baş verməz”.
Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar
Azovda həlak olanların nəşi vətənə gətirildi - FOTO
Yeni qlobal dəmir yolu layihəsi; türklər Məkkəni daha ucuz qiymətə ziyarət edəcək – RƏSMİ
Bu qanuna dəyişiklik edildi - Prezident Fərman imzaladı
Gələn həftə ölkədə yüzlərlə obyekt BAĞLANACAQ
Bir sıra şəxslərin kredit faizlərini DÖVLƏT ÖDƏYƏCƏK
Bakı-Balakən-Bakı qatarının gediş saatları dəyişdirilir – YENİ CƏDVƏL
Azərbaycandan ixrac edilən nərə balığı niyə ucuz olub? – Ekspert AÇIQLADI - VİDEO
Dövlət qurumları üçün xidməti parkinq yerləri necə müəyyənləşdirilir? – Ekspert AÇIQLADI
Avtobus dayanacaqlarındakı məlumat çatışmazlığı ilə bağlı AYNA-nın açıqlaması - VİDEO
Rent a Car-lar vergidən bu yolla YAYINIR










