“Kütləvi tədbirlərdə tibbi maska rejimi tətbiq olunsun” – Həkimdən TƏKLİF

Sankt-Peterburqda kütləvi tədbirlərdə iştirak üçün maska rejimi tətbiq edilib. Söhbət Sankt-Peterburqda keçiriləcək Yeni il, mədəni və idman tədbirlərindən gedir. Ölkəmizdə də son günlər insanlar arasında öskürək, qızdırma, burun tıxanıqlığı, boğaz ağrısı ilə müşahidə edilən virus mənşəli xəstəlik yayılıb. Bununla yanaşı, son aylar qızılca xəstəliyinə yoluxanların da sayı ötən illərlə müqayisədə artıb.
Hazırkı vəziyyətdə bizdə də virusların yayılmaması üçün bu cür addımlar, yəni kütləvi yerlərdə tibbi maskadan istifadəyə qərar verilə bilərmi?
Mövzuya münasibət bildirən tibb sahəsi üzrə mütəxəssis Adil Qeybulla bizim.media-ya deyib ki, qışda tibbi maska taxılmasını bir mədəniyyət nümunəsinə çevirmək lazımdır: "Hər bir yapon boğazı ağrıdıqda, hərarəti olduqda, özündə hansısa zəiflik hiss etdikdə maska taxıb bayıra çıxır ki, ən azı ətrafdakıları qorusun. Ümumiyyətlə, maska taxmaqdan çəkinmək lazım deyil. Təəssüflər olsun ki, çox adam maskaya indiyə qədər antipatiya bəsləməkdə və bunu təbliğ etməkdədir.
Amma maska bizi təsadüfi yoluxmalardan qoruyur, kimsə asqırdıqda, öskürdükdə havaya düşən virus damcılarının nəfəs yollarına düşməsinin qarşısını alır. Bütün bunları nəzərə alsaq, əlbəttə, kütləvi tədbirlərdə maska taxmaq daha məqsədə uyğun olardı". (musavat)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












