“Loğman” təbii suyu, krant suyu çıxdı - FOTO

Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 46C ünvanında fəaliyyət göstərən, “Pure Life” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az verilən məlumata görə, müəssisədə texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, qablaşdırma materiallarının, yuyucu və dezinfeksiyaedici vasitələrin saxlanılması, eləcə də işçi heyət üçün ayrıca sahələrin təşkil edilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, emal sahəsində divar və tavanın tamlığının pozulduğu, qablaşdırma materiallarının yuyulması üçün asan təmizlənə bilən və gigiyenik tələblərə cavab verən yuma çanağının təmin edilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub. Yoxlama zamanı götürülən nümunələrin müayinəsi nəticəsində “Loğman” əmtəə nişanlı qablaşdırılmış təbii su və filtrdən keçmə su nümunələrində mikrobioloji uyğunsuzluqlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.



“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI












