Maaş, pensiya artandan sonra ərzaq qiymətləri niyə yüksəlir? - AÇIQLAMA

"Əməkhaqqı və pensiya artımları fonunda süni qiymət artımlarına qarşı mübarizə çox önəmlidir. Süni qiymət artımlarına qarşı mübarizənin güclənməsi həm də vətəndaşlarımızın maaş və pensiya artımlarının süni qiymətlər tərəfindən yeyilməsinin qarşısını ala bilər".
Bu barədə iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, qiymət artımları baş verən zaman vətəndaşların xərci də artır:
"2025-ci il böyük sosial paketin icra olunduğu il olacaq. Cənab Prezident tərəfindən imzalanmış sərəncamlar, “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq növbəti ay pensiyaların indeksləşdirilərək artırılması, minimum pensiyanın artımı, Nazirlər Kabineti tərəfindən Vahid Tarif Cədvəlinə uyğun olaraq əməkhaqqı artımı, minimum əməkhaqqındakı artım praktiki olaraq dövlət büdcəsindən sosial istiqamətlərə daha çox vəsaitin ayrılmasına gətirib çıxaracaq. İlkin qiymətləndirmələrə görə, sosial paketin maliyyələşməsinə əlavə olaraq 1,6 milyard manat vəsait ayrılacaq.
Bötüvlükdə, 2025-ci ilin dövlət büdcəsinin xərclərinin 16,9 faizi sosial istiqamətə yönəldiləcək. Bu o deməkdir ki, istehlaka böyük vəsaitin yönəldilməsi müşahidə olunacaq. Bu da süni qiymət artımlarına qarşı mübarizənin daha sistemli və geniş şəkildə həyata keçirilməsini aktuallaşdırır. Uyğun dövlət qurumları istehlak bazarında qiymətlərin optimallaşdırılmasına və süni qiymət artımlarına qarşı mübarizədə yeni alətlərdən, metodlardan istifadə etməlidir. Süni qiymət artımlarının qarşısının alınması kimi öhdəliklər daha da aktuallaşmaqdadır", - deyə deputat qeyd edib.
(unikal)
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI












