Masazırdakı sahibsiz itlərlə bağlı - Rəsmi açıqlama

Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” Yaşayış Kompleksində yaşayan sakinlər artıq bir müddətdir ki, sürü ilə gəzən sahibsiz itlərin hücumuna məruz qalır. Bir neçə ay əvvəl itlərin dişlədiyi 41 yaşlı İnci İsgəndərovanın bu səbəbdən vəfat etdiyi bildirilir.
Sakinlərin sözlərinə görə, dəfələrlə azyaşlılar hücuma məruz qalaraq xəstəxanaya yerləşdirilib. Kompleksdə yaşayan yaşlı qadın onlarla itin hücumuna məruz qaldığından qorxaraq iflic olub.
Sakinlər iddia edirlər ki, yığışıb ərizə ilə Mənzil İstismar Sahəsinə, İcra Hakimiyyətinə kömək üçün müraciət ediblər, amma heç bir xeyri olmayıb.
“Qafqazinfo” problemlə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənovla əlaqə saxlayıb. Ş. Həsənov sahibsiz itlərlə bağlı problemin olduğunu təsdiqləyib və bildirib ki, yaxın vaxtlarda məsələ öz həllini tapacaq: “Sözügedən ərazidə itlər sürü ilədir və bu bizi narahat edir. Bununla bağlı Abşeron RİH-nin tərkibində Abadlıq İdarəsinə müraciət olunub. Artıq idarə tərəfindən sahibsiz itlərin saxlanması üçün yer ayrılıb və yaxın vaxtlarda həmin itlərin ərazidən yığılması təmin olunacaq”.
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO












