Maşından 40 telefon çıxdı - FOTO

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan "Lada 211440" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerinin sağ və sol örtüklərinin, eləcə də maqnitofon üçün nəzərdə tutulan yerin arxasındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən, polietilen paketlərdə 30 ədəd "Samsung Galaxy S 9+" markalı mobil telefon aşkarlanıb.
Şübhəli məqamlar olduğu üçün nəqliyyat vasitəsinə rentgen aparatında baxış keçirilib, bu zaman avtomobilin yük yerinin sağ və sol örtüklərinin arxasındakı boşluqlarda polietilen paketlərdə daha 10 ədəd "Samsung Galaxy S 9+" markalı mobil telefonlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Gültən Qədirli
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












