Metroda son hazırlıqlar - VİDEO

“Bakı Metropoliteni” QSC-nin aldığı yeni qatarlar Avropa Oyunları ərəfəsində xəttə buraxılacaq. Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, qurum Fransanın “Alstom” şirkətindən 3 qatar alıb. Hər biri 5 vaqondan ibarət olan qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Bu qatarlarda əsas fərqli cəhətlərdən biri də vaqonlar arasında birbaşa keçidin olmasıdır. Vaqonların sərnişin tutumu 330 nəfərdir.
Avropa Oyunları ərəfəsində metropoliten əməkdaşları gücləndirilmiş iş reimində çalışacaq. 12 və 18 iyun tarixlərində Avropa Oyunlarına bileti olan hər kəs metrodan pulsuz istifadə edəcək. Akreditasiyası olan şəxslər isə bu imkandan hər gün ərzində yararlanacaqlar. Oyunlar ərəfəsində metropolitenini iş qrafiki də dəyişdiriləcək.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyir ki, oyunlar ərəfəsində gələcək qonaqları nəzərə alaraq gücləndirmiş iş rejimində işləyəcəklər. Qatarlar səhər saat 06:00-dan gecə saat 01:00-a kimi işləyəcəklər. Oyunların açılış və bağlanış günləri isə bu müddət bir qədər də artırıla bilər.
Bakının bəzi metrostansiyalarında yeni terminal və turniketlər quraşdırılıb. Metrostansiyalarda yeni terminal və turniketlər də quraşdırılıb. Avadanlıqar tam quraşdırıldıqan sonra ictimai nəqliyyatda vahid nağdsız ödəniş kartları tətbiq ediləcək. Qiyməti 2 manat olacaq həmin kartlardan metro ilə yanaşı avtobuslarda istifadə etmək mümkün olacaq.
Avropa Oyunlarına hazırlıq çərçivəsində hazırda bütün stansiyalarda istiqamətverici elektron lövhələr də quraşdırılır. Həmin monitorlarda məlumatlar Azərbaycan və ingilis dilində olacaq. Bundan başqa metropolitenin əməkdaşlarının xarici qonaqlarla ünsiyyətini nəzərə alaraq dil kurslarına cəlb ediliblər. Həmçinin oyunlar ərəfəsində metroda könüllülər də fəaliyyət göstərəcək. Onlar oyunların keçiriləcəyi arenalara yaxın stansiyalarda xarici qonaqlara doğru məlumat verəcəklər.
Polis Metro yaxınlığında tənzimləmə aparacaq. Əgər metroda sıxlıq yaranarsa ərazidə xidmət göstərəcək polislər tənzimləmə aparacaq. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov bildirib ki, ictimai nəqliyyatda, əsasən də metroda sıxlığın qarşısını almaq üçün polis əməkdaşları növbə çəkəcəklər. Bakı Olimpiya Stadionundan “Koroğu” metrostansiyasına sərnişin axını çox olarsa onlar müəyyən yerlərdə saxlanılacaq. Metroya qədər insanların kütləvi şəkildə getməsinə imkan verilməyəcək.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












