Metrodakı faciənin məsuliyyəti onların üzərindədir - ŞOK AÇIQLAMA

Təəssüflər olsun ki, metroda növbəti dəfə sonu faciə ilə bitən hadisə qeydə alınıb. Ötən gün bir nəfər sərnişin qatar yoluna düşüb. O, qatarın altından çıxarılsa da, dünyasını dəyişib. Olay “28 may” stansiyasında baş verib. Analoji hadisə bir müddət öncə də məhz həmin stansiyada yaşanmışdı. Sözügedən ərazidə sıxlığın olduğunu nəzərə alsaq, bu cür hadisələrdə insan izdihamının da payı olduğunu gözardı etmək mümkün deyil.
Bəs əsas məsuliyyət kimin üzərindədir?
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rövşən Həsənov “Yeni Sabah”a sözügedən məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, pik vaxtlarda metropoliten işçilərinin sayının artırılması faciənin qarşısını almağa kömək edə bilər:
“Təəssüflə qeyd edirəm ki, bu məsələdə məsuliyyət hər iki tərəfin üzərinə düşür. Burada həm sərnişinlər, həm də metropoliten işçiləri diqqətli olmalıdırlar. Əsas səbəb isə, sərnişinlərin davranış qaydalarıdır. Sözügedən hadisələrin detalları ilə dəqiq məlumatlı deyiləm. Ancaq ümumi olaraq, günün pik saatlarında sıxlıq nəticəsində təsadüfən qatar yoluna düşüb həlak olma məqamına toxunmaq istəyirəm ki, qatar gəlməyə az qalan bir müddətdə məlumatverici radioqovşaq vasitəsilə sərnişinlərə qatarın yaxınlaşması elan edilir. Həmin yola platformada nəzarət edən metropoliten işçiləri də mövcuddur. Qismən belə olsa, daha yaxşı nəzarət edilə bilməsi üçün həmin personalın sayını artırmaq olar”.
Ekspert insanları daha diqqətli olmağa çağırıb:
“İnsan həyatı hər şeydən vacibdir. Düşünürəm ki, sözügedən məsuliyyəti sərnişinlər də yaxşı dərk etməlidirlər. Metropolitenin potensialından və nəzarətindən asılı olmayaraq, hər bir sərnişin öz həyatı üzərində cavabdehlik daşımalı və yaşana biləcək bədbəxt hadisə və qəzalardan özünü qorumağı bacarmalıdır”.
Qeyd edək ki, dünən 19:00 radələrində sözügedən hadisə təkrarlanıb. Belə ki, "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb. Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, stansiyaya təcili və təxirəsalınmaz təcili yardım xidmətinin əməkdaşları dəvət olunub.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI












