Metrodan istifadə edənlərə müraciət: "Bizə əziyyət olur, etməyin!" - VİDEO

Bu il Bakı metrosuna yeni vaqonlar gətiriləcək. Yeni vaqonların istismara verilməsi onların texniki xidmətləri ilə bağlı məsələləri də gündəmə gətirir. Yeni qatarlarda nasazlıq yaranarsa, vəziyyətdən çıxış yolu varmı? Azərbaycanda bu qatarların texniki xidməti mümkündürmü?
Avtosfer.az AzTV-yə istinadla xəbər verir ki, bu gün, demək olar ki, metro vaqonlarının əksəriyyəti yeniləri ilə əvəz olunub.
Yeni qatarların, vaqonların detallarının isə müəyyən istismar müddəti var və həmin detalların istismar müddətini başa vurduqda Azərbaycanda dəyişilməsi, bir sözlə, qatarların texniki xidmətinin yüksək səviyyədə aparılması üçün beynəlxalq standartlara cavab verən sistemlər qurulub, depolar yaradılıb.
Standartlara uyğun olaraq qatarlar 35, 140 və 280 min kilometr məsafə qət etdikdən sonra təmir depolarına yönləndirilir. 500 min km məsafə qət etmiş qatarlar isə əsaslı təmirə dayandırılır. Proses təxminən 15-20 günə bitir.
Yeni qatarların istismarı, onlara texniki qulluqla bağlı xarici təcrübənin öyrənilməsi istiqamətində işlər davam etdirilir. Bu məqsədlə vaqonların istehsal olunduğu şirkətin nümayəndələri ölkəmizə dəvət edilib.
Mütəxəssislər deyir ki, metro intensiv sərnişindaşıma xidməti olduğundan sərnişinlərin təhlükəsizliyinin yüksək səviyyədə qorunması məqsədilə bütün qatarlar 12 saatlıq fəaliyyətdən sonra 20 saatlıq xidmət müddətini keçmədən mütləq depoya göndərilməli, təkrar yoxlanışlardan keçirilməlidir.
Ən çox narahatlıq doğuran məsələlərdən biri də metroda sərnişin sıxlığı ucbatından hər hansı bakteriyaların, xəstəliklərin yayılma ehtimalının daha çox olmasıdır. Belə halların yaşanmaması üçün qatarlar daim dezinfeksiya edilir.
“Qatarların vizual təmizliyi, səliqəli olması isə sərnişinlərdən də asılıdır” desək, yəqin ki, yanılmarıq.
İstifadəyə veriləcək yeni stansiyalar üçün də müasir standartlara uyğun əlavə qatarların alınması planlaşdırılır. Bu il “Bakı Metropoliteni”nə 20 vaqonun gətirilməsi ilə qatarların sayı 15-ə, ümumi vaqonların sayı isə 75-ə çatdırılacaq.
Gültən Qədirli
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ










