Metronun “Sahil” stansiyasında sərnişin sıxlığı yaranıb - FOTO - YENİLƏNİB

"Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarın qapılarından birinə müdaxilə nəticəsində maşinist kabinində müvafiq işarəvermə sistemi işə düşüb.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, qapıda hər hansısa problem olmadığı müəyyən olunduğu üçün maşinist yoluna davam edib. Lakin yolun növbəti hissəsində təkrarən işarəvermə sistemi işə düşüb.
“Sərnişinlər düşürülərək qatar ən yaxın yoxlama məntəqəsi kimi elektrik deposuna göndərilib. Əvəzinə qatar verilib və bu səbəbdən iki qatar arasında mövcud intervaldan əlavə 4 dəqiqə fərq yaranıb”, - məlumatda qeyd olunur. (apa)
***
Bakı metropoliteninin “Sahil” stansiyasında sıxlıq müşahidə olunur.
Vətəndaşlar hazırda qatara minməkdə çətinlik çəkirlər.
Qeyd edək ki, mövcud vəziyyətdə sərnişin axınının çoxluğu stansiyada sıxlığa səbəb olur. Hazırda metronun “Sahil” stansiyasının giriş hissəsində də vətəndaş sıxlığı var. (oxu.az)
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












