Millət vəkilindən AZAL-ın fəaliyyəti barəsində maraqlı TƏKLİFLƏR

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan Hava Yolları” QSC-də (AZAL-da) Milli Məclis üzvlərinin iştirakı ilə keçirilən geniştərkibli tədbirdə bir sıra təkliflərlə çıxış edib, həllivacib məsələlərə toxunub.
AZAL-ın 2022-2030-cu illəri əhatə edən transformasiya planını, ümumən bu hava şirkətində planlaşdırılan müsbət dəyişiklikləri təqdirlə vurğulayan Komitə sədri, AZAL donanmasının genişləndirilməsi ilə yeni marşrutların inkişaf etdiriləcəyinə inandığını bildirib. O, ilk növbədə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və digər qardaş, dost ölkələrlə uçuşların intensivləşdirilməsi, yeni marşurutların açılması, bilet qiymətlərinin mümkün olduğunca endirilməsinin, ümumən xidmətdə keyfiyyətinin yüksəldilməsinin vacib olduğunu deyib.
Komitə sədri TDT-yə üzv ölkələrin vətəndaşları üçün hava limanında xüsusi keçidin açılmasınının, qardaş ölkələrlə gediş-gəlişlərin artmasının məqsədəuyğunluğunu şərh edib, ümumən TDT ilə xüsusi işbirliyinin önəmindən danışıb.
Q.Paşayeva AZAL-ın beynəlxalq uçuşlar bazarında mövqeyini möhkəmləndirmək, sərnişinlərin tələbatını ödəmək məqsədi ilə təxirəsalınmaz tədbirlər görməli olduğunu deyib. Marşrut şəbəkəsinin genişləndirilməsi, hava gəmiləri parkının çağdaşlaşdırılması və aviaşirkətin qiymət siyasəti ilə bağlı məsələlərin həllini daha çox sərnişin cəlb etməyin əsas şərti kimi xarakterizə edib. Komitə sədri, respublikamızın iqtisadiyyatının ən əsas sahələrindən biri kimi aviasiya sənayesinin inkişafının vacibliyini vurğulayaraq, bu planda AZAL-ın özünəxas rolunu qeyd edib.
Q.Paşayeva Milli Məclis üzvləri ilə AZAL rəhbərliyinin belə bir müzakirəsinin ilk olduğunu ancaq son olmayacağına da inandığını deyib.
Q.Paşayeva AZAL-ın uğur qazanması üçün, yeni çağırışlara cavab verən strategiyanın tətbiqini, Milli Məclis üzvləri ilə aparılan müzakirələrdə qaldırılan məsələləri, ümumən cəmiyyətdən gələn təklifləri nəzərə almağı vacib hesab edib. – Komitə sədri bunun turizmin, nəticə etibarı ilə iqtisadiyyatın inkişafına töhfə verəcəyinə inandığını deyib.
Q.Paşayeva AZAL-ı şəhid ailələri üzvlərinə, tələbələrə biletlərin güzəştli qiymətlərlə satılması məsələsinə baxmağa çağırıb. O, həmçinin “VİP xidmətlər” şamil edilən sərnişinlərin əhatə dairəsinin genişləndirilməsini, elm, ədəbiyyat, mədəniyyət-sənət qarşısında uzunmüddətli səmərəli xidmətləri olan ziyalıların da həmin xidmətlərdən yararlana bilməsini təklif edib. O, həmçinin “AZAL Miles”in təkmilləşdirilməsini təklif edib.
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR











