Minlərlə sakin sərnişin avtobusu sarıdan əziyyət çəkir - VİDEO

Bakıda minlərlə sakin sərnişin avtobusu sarıdan əziyyət çəkir. Söhbət Binəqədi rayonu, 9-cu mikrorayon, Hüseyn Seyidzadə küçəsindən gedir.
Sakinlərin sözlərinə görə, sözügedən küçədən əvvəl marşrut xətti keçib, amma sonra ləğv edilib. Hazırda həmin ərazini 85 nömrəli müntəzəm marşrut avtobusu əhatə edir, amma avtobus küçə boyunca hərəkət etmir.
Vətəndaşlar Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət ünvanlasalar da, hələ ki, müsbət cavab almadıqlarını deyirlər.
Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, həmin ərazini 85 nömrəli müntəzəm marşrut avtobusu əhatə edir və "Memar Əcəmi", "28 May" metrostansiyaları, eləcə də şəhərin digər əraziləri ilə əlaqələndirir. Həmçinin 9-cu mikrorayon, Mir Cəlal küçəsindən hərəkət edən 61, 65, 18 nömrəli marşrut avtobusları "20 Yanvar", "Nizami", "İçərişəhər", "İnşaatçılar", "Elmlər Akademiyası", "28 May" metrostansiyaları və şəhərin digər ərazilərdən keçir. O da bildirildi ki, əlavə marşrutun təşkili mövcud marşrutların müxtəlif küçə və prospektlərdə hərəkət sxemini təkrarlayaraq nizamlı fəaliyyətinə maneə yaradacağı üçün məqsədəuyğun hesab edilmir.
Daha ətraflı videomaterialda.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












