Naxçıvanda ictimai nəqliyyat nağdsız ödənişə keçir

Naxçıvan şəhərində ictimai nəqliyyatda bank kartları ilə ödəniş tətbiq ediləcək.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Elçin Əliyev bildirib.
"İlk dəfədir Naxçıvanda - pilot layihə çərçivəsində ictimai nəqliyyatda bank kartı ilə təmassız, təhlükəsiz ödəniş tətbiq edilir. İlkin olaraq bir avtobusda yeni nəsil cihaz-validatorlar quraşdırılıb. Validatorlarla təmassız ödəniş imkanına malik olan istənilən bank kart ilə ödəniş etmək mümkündür. Bununla da, sərnişinin əlavə kart almasına ehtiyac qalmır.
Bundan başqa, yerli banklardan birinin təqdim etdiyi “İnkart” da var. Əgər bank kartınızda pul yoxdursa, “İnkart”ı avtobus dayanacağındakı terminalda doldurmaq mümkündür. Kartı alan zaman 2 manat ödənilir və bunun 1 manatı avtomatik karta yüklənir. Əhali əməkhaqqı, pensiya kartı ilə də ödənişi edə bilər. Oktyabr ayının sonuna qədər Naxçıvan şəhərindəki bütün avtobuslarda "İnkart"ın tam tətbiqi ilə bağlı işlər həyata keçiriləcək. İnkart”ın daha bir üstünlüyü mobil tədbiqin mövcud olmasıdır. Mobil tətbiqə daxil olaraq balansınızı rahatlıqla artıra, ödəniş tarixçəsini izləyə bilərsiniz. Layihənin məqsədi nağdsız hesablaşmaların, təmassız kart əməliyyatlarının sayının artırılması, nağd dövriyyənin minimuma endirilməsidir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, hazırda Naxçıvan şəhərində 67 avtobus fəaliyyət göstərir.
Bundan başqa, idarə rəisi qeyd edib ki, bu layihənin növbəti mərhələdə taksilərdə tətbiq edilməsi nəzərdə tutulub: "Bunun üçün əvvəl sürücülərlə söhbət aparılmalı, qarşılıqlı anlaşma əsasında, heç bir narazılıq olmadan layihə icra edilməlidir. Taksilərdə ödənişin nağdsız həyata keçirilməsi istənilən bank kartı ilə mümkün olacaq".
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO
Laləlikdə maşın sürmüşdülər, polis saxladı - FOTO - VİDEO
Ağdamda yeni tikilən binaların müasir yeraltı dayanacaqları - VİDEO
Ermənistan Cəbrayıla yol çəkmək istəyirdi, vaxtı çatmadı - Prezident
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTOLAR










