“Naxçıvanlı olduğum üçün buradakı problemləri dərindən bilirəm”

"Özüm naxçıvanlı olduğum üçün buradakı problemləri dərindən bilirəm".
Avtosfer.az xəbər verir ki, bunu Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Real TV”yə müsahibəsində deyib. O bildirib ki, xalqla yaxından işləmək, həmçinin indiyə qədər olan problemləri kökündən həll etmək əsas məqsəd olacaq: “Nəqliyyat məsələlərində problem yaşansa da, Naxçıvanda qazlaşdırılma aparılıb, əhali elektrik enerjisi ilə tam təmin olunub. Prezident İlham Əliyevlə görüşdə onun Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətini hiss etdim".
Zəngəzur dəhlizinin lokal, regional və kontinental şəkildə xidmət göstərəcəyini deyən F.Nəcəfli bildirib ki, bu, Naxçıvanın tamamilə blokadadan çıxarılması olacaq.
F.Nəcəfli xüsusi nümayəndəlik və Ali Məclisin paralel olaraq Muxtar Respublikada necə işləyəcəyinə də aydınlıq gətirib: “Naxçıvan Ali Məclisi öz yerində qalır. Orada müzakirələr aparılacaq, qanunvercilik aktları qəbul ediləcək. Təəssüf ki, Ali Məclisdə qəbul edilmiş aktlarla bağlı bir sıra nöqsanlar var. Qanun aktlarının yerlərdə işləmə mexanizmi düzgün tənzimlənmir. Bu kimi məsələlərə Ali Məclis baxacaq, çünki bunlar Nümayəndəlik ofisinin səlahiyyətində olan məsələlər deyil”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












