Nazir müavini: “Azad edilmiş torpaqların minalanması bu ərazilərdə layihələri ləngidir”

“Azərbaycanda azad edilmiş torpaqların reabilitasiyasına mane olan əsas məqam minalanmadır və bu amil həmin ərazilərdə iqtisadi dirçəlişin əsasını təşkil edən çox istiqamətli layihələrin həyata keçirilməsi prosesini ləngidir”.
Avtosfer.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-in həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzusunda 3-cü DİM Dialoqunda deyib.
“Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030-cu il Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb. Bu istiqamətdə 18-ci DİM-in layihəsi hazırlanaraq, yerli və beynəlxalq ictimaiyyətə təqdim edilib”, - deyə nazir müavini qeyd edib.
S.Məmmədov diqqətə çatdırıb ki, 18-ci DİM 5 hədəf və 15 göstəricidən ibarətdir:
“Bu hədəflər ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, bu istiqamətdə xərclərin artırılması, torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə və iqtisadi fəaliyyətə cəlb olunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsidir”.
Report
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












