Nazir müavini: "AZAL-ın qiymətləri yüksək deyil"

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) biletlərinin həddindən artıq baha olması barədə təəssürat yaranıb, lakin qiymətlər yüksək deyil.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
"Bu il AZAL-ın 20 mindən çox bileti 29 avrodan satılıb. Aviasiya sahəsində qiymətlərə yanacağın qiyməti, təyyarələrin alınması və saxlanılması xərcləri, eləcə də digər amillər təsir edir. Artıq AZAL güzəştli qiymətlərlə yanacaq almır, dünya qiymətləri ilə alır. Bu il dövlət büdcəsindən aviaşirkətə vəsait daxil olmayıb. Düzdür, əvvəlki illərdə olub, indi isə AZAL özü xərclərini qarşılamalıdır. Bundan əlavə təyyarələrin dəyişdirilməsinə start verilib. Üstəlik kadr hazırlığı məsələsi var. Qətiyyən demək istəmirəm ki, qiymət olduğu kimi qalacaq", - deyə nazir müavini vurğulayıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












