Nəsimidə avtomobillərin parklanmasının qarşısını alan maneə aradan GÖTÜRÜLDÜ - FOTO

Vətəndaşlar Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 4A ünvanında avtomobillərin dayanmasının qarşısını almaq üçün ərazinin müəyyən qisminin zəncirlənməsindən narazıdırlar.
Onlar bildiriblər ki, avtomobilləri ilə sözügedən əraziyə daxil olanda yerlər boş olsa da, zəncirlənmədən dolayı maşın saxlaya bilmirlər.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Oxu.az-a mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov bildirib ki, sözügedən ərazidə maşınların saxlanmasının qarşısını alan zəncir və digər maneələr aradan qaldırılıb:
"Binaların qarşısının primitiv formada, kortəbii şəkildə zəncir və digər maneələrlə zəbt olunması mərkəzi küçə və prospektlərdə avtomobillərin qanunsuz parklanması ilə bağlı tətbiq olunan cərimələrdən qaynaqlanır. Sürücülər cərimələnməmək üçün maşınlarını binaların həyətlərinə salırlar, bu da bina sakinlərinin narazılığına səbəb olur. Zəncir və dirəklərin basdırılması ilə həmin avtomobillərin qeyri-qanuni park edilməsinin qarşısını almaq istəyirlər. Məsələ bundan ibarətdir. Biz də gücümüz çatan qədər həmin problemlərin aradan qaldırılmasını təmin etmək üçün çalışırıq. Qeyd edim ki, hazırda sözügedən ərazidə zəncir və dirəklər aradan götürülüb".


Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib












