Nəzakət Məmmədovanın həbsinin detalları: Bank hesabına gələn şübhəli vəsaitlər...

Xəbər verdiyimiz kimi, politoloq Nəzakər Məmmədova ötən gün “dövlətə xəyanət” ittihamı ilə saxlanılıb və məhkəmənin qərarı ilə barəsində istintaq müddətində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Nəzakət Məmmədovanın Rusiyaya casusluğa görə saxlanılması barədə məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əksəriyyət onun Rusiya-Ukrayna savaşında Kremli dəstəklədiyi, hətta Azərbaycana qarşı da Moskvanın maraqlarını təbliğ etdiyi, bütün sosial şəbəkə paylaşımlarının rusyönlü olduğu üçün saxlanıldığını iddia edib.
Dosent Zaur Əliyev isə daha detallı informasiya ilə çıxış edib. O bildirib ki, Rusiya və ya hər hansı ölkənin maraqlarına xidmət edən statuslar yazmaq və paylaşımlar etməklə adamı həbs etmirlər: “Ancaq dünyanın terrorçu təşkilat kimi tanıdığı “Vaqner”i təbliğ edən Teleqram kanalını yaratmaq, informasiya ötürmək, müharibənin ən qızğın vaxtında Ukraynaya, döyüşlərin getdiyi təhlükəli bölgəyə səfər etmək şübhəlidir: ora hansı yolla, hansı maliyyə ilə gedilib? Türkiyəyə getmək, görüşlər keçirmək, bank hesabına gələn şübhəli məbləğlərdir əsas səbəb”. (Axar.az)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












