Nobel prospekti açılır - FOTO

Nobel prospektinin “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan və təmir olunan təqribən 700 metrlik hissədə son tamamlanma işləri görülür. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aparılan təmir işləri çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, yenisi ilə əvəz olunub. Ümumilikdə 13 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib.Yol boyu 1400 paqon-metr səki daşı dəyişdirilib. Hazırda kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənir, səth suların normal axıdılması üçün zəruri olan ərazilərdə yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilir. Sözügedən ərazidə yol cizgilərinin, yol göstərici xətlərinin və piyada keçidlərinin xətlənməsi, yol ayrıcı zolaqlarda yaşıllaşdırma işləri həyata keçirilir. Bütün bu işlərin axşam saatlarında tam olaraq yekunlaşdırılması planlaşdırılır. Bundan sonra nəqliyyat vasitələrinin hərəkəti burda tam bərpa olunacaq.
Xatırladaq ki, Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə qədər olan 1.6 kilometrlik hissəsində də təmir-tikinti işləri aparılıb. Artıq yol yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
Emin
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT













