Ödənişli yola qoyun sürüsü çıxıb? - AÇIQLAMA - VİDEO

Bakı-Quba istiqamətində yeni istifadəyə verilən ödənişli yoldan görüntülər yayılıb.
Belə ki, yoldan istifadə edənlər bu barədə sosial şəbəkələrdə paylaşım edirlər. Paylaşımlardan birində, ödənişli yolda sürətlə hərəkət edən nəqliyyat vasitəsinin qarşısına qoyun sürüsünün çıxdığı iddia edilir.
Hər tərəfdən bağlı olan yola heç bir canlının daxil ola bilmədiyi halda, qoyunların yola necə çıxdığı sual doğurur. Sürücü deyir ki, həddən artıq yüksək sürətlə getdiyi yolda qarşısına qoyun sürüsü çıxıb:
“Yolun iki tərəfdən bağlı olduğunu görürəm. Amma bu qoyunlar yola haradan girib bilmirəm”.
Digər görüntülər isə axşam saatlarında ödənişli yoldan istifadə edən sürücü tərəfindən paylaşılıb. Görüntülərdə yol boyu işıq dirəklərinin olmaması diqqət çəkib.
Ümumiyyətlə, ödənişli yola süni maneələrin haradan və necə çıxması, axşam saatlarında sürücülərin rahat hərəkəti üçün niyə işıq dirəklərinin olmaması ilə bağlı suallarımızı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ünvanladıq.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli cavab olaraq bildirib ki, sözügedən görüntülərin ödənişli yola aid olduğunu demək çətindir:

“Ödənişli yola qoyun sürüsünün çıxması ilə bağlı fakta rast gəlməmişik. Bu cür hallar Ələt-Astara yolunda tez-tez olur. Çünki orada yol kənarı məftilli torlarla bağlanıb, camaat məftilləri kəsib sürünü yol kənarına buraxır”.
Ödənişli yolda işıq dirəkləri ilə bağlı sualı cavablandıran mətbuat katibi deyir ki, yolun tam işıqlandırılması nəzərdə tutulmayıb:
“Yolda işıqlandırma yalnız yol qovşaqlarında nəzərdə tutulub, tam yolboyu yox. Ümumi yol üçün yol kənarında elementlər, yol nişanları, aidiyyəti üzrə yol qurğuları, xətlənmələr, yol ayrıclarında olan nişanlar hamısı işıqqaytarma effektinə malikdir. Gecə nəqliyyat vasitələri bu yolda çox rahat şəkildə hərəkət edə bilirlər. Yol hər bir tərəfdən bağlı olduğu üçün heç bir təhlükə də yoxdur. Həmin yolun tam işıqlandırılması nəzərdə tutulmayıb. Qaranlıq saatlarda belə yolda heç bir təhlükə yoxdur”.
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO
Laləlikdə maşın sürmüşdülər, polis saxladı - FOTO - VİDEO
Ağdamda yeni tikilən binaların müasir yeraltı dayanacaqları - VİDEO
Ermənistan Cəbrayıla yol çəkmək istəyirdi, vaxtı çatmadı - Prezident
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTOLAR








