Oğluna 650 minlik "Lamborghini" alan biznesmenin həbs xəbəri yayıldı

Kredit qalmaqalına görə daha bir oliqarx həbs olunub. Avtosfer.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb. “Şərur” MTK şirkətinin sahibi olan biznesmen artıq 5 gündür ki, “Bandotdel”in təcridxanasında saxlanılır. İlkin məlumata görə, həbsdəki digər biznesmenlər kimi naxçıvanlı iş adamı da banklardan külli miqdarda kredit götürərək mənimsəməkdə ittiham olunur. İ.Axundovun banklara 100 milyon dollara qədər borcunun olduğu deyilir.
İsfəndiyar Axundov həbs edilməsi barədə yayılan məlumatlara münasibət bildirib. Bu barədə APA-ya açıqlama verən iş adamı qeyd edib ki, haqqında belə məlumatlar qəsdən yayılır və bu xəbərlər həqiqətə uyğun deyil: “Mənin həbs edilməyim barədə yayılan xəbərlər yalandır. Nəinki həbs, mən, ümumiyyətlə, istintaqa cəlb olunmamışam. Haqqımda kimlər hansı məqsədlə bu xəbərləri yayır deyə bilmərəm. Onu deyə bilərəm ki, mən məsuliyyətə cəlb olunmamışam və hazırda evimdəyəm”.
İ.Axundov həmçinin Azərbaycan Beynəlxalq Bankından kredit götürmədiyini də açıqlayıb: “Öz işlərimlə məşğulam. Beynəlxalq Bankdan da kredit götürməmişəm”.
Xatırladaq ki, "Şərurlu İsfəndiyar"ın adı bir müddət əvvəl oğluna 650 min dollarlıq "Lamborghini" alması ilə hallanmışdı. Düzdür, İsfəndiyar Axundov sonradan verdiyi açıqlamada, “Mənim oğlumun elə maşını yoxdur”, - demişdi. Ancaq Allahverdi Axundov İnstaqram səhifəsində həmin maşının fotosunu paylaşaraq, "My new car, lambo#aventador" haştagından istifadə etmişdi.
Ramazan ayının on yeddinci gününün duası - İmsak və iftar vaxtı
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
ABŞ-İsrail-İran müharibəsinə başqa hansı ölkələr qoşulacaq? – Politoloq AÇIQLADI
Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
Bakının nəqliyyat sistemi WUF13 zamanı necə nizamlanacaq? - RƏSMİ CAVAB
İsraildə bomba sığınacağı belədir – VİDEO
Ramiz Mehdiyevin bankı bağlanır
Üçüncü dünya müharibəsi başlayıb? Kim kimin yanında yer alacaq? – SİYASİ ŞƏRHÇİ
Naxçıvana düşən dronun üzərinə görün nə YAZILIB - FOTO
Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliyin nə olduğunu açıqladı
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub - CƏDVƏL










