Ölkədə taksi sayı azaldılır... - Nəticələri necə olacaq?

Azərbaycanda müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Avtosfer.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Referans.az-a açıqlamasında bu prosesin göstərəcəyi müsbət və mənfi nəticələrdən danışıb.

“Bir çox ölkələrdə taksilərin sayında məhdudiyyətlər mövcuddur. Bu zaman şəhərin böyüklüyü, əhali sayı nəzərə alınaraq kifayət edəcək taksinin sayına qərar verilir. Bu təcrübədən bir çox ölkələrdə, eləcə də qardaş Türkiyədə istifadə olunur. Hesab edirəm ki, Azərbaycanda bu addımın tez bir zamanda atılması yaxşı nəticə verməz. Hazırda taksilər islahatlar ərəfəsindədir. Onların bir çoxunun da sənədləri qaydasında deyil, eyni zamanda onlara rəng, forma və s. məqamlardan məhdudiyyətlər tətbiq olunur. Buna görə də birdən-birə say məsələsini ortaya çıxarmaq effektiv olmaya bilər”.
Ekspert bildirib ki, hazırda Azərbaycanda ictimai nəqliyyatın qaydasında və əlçatan olmaması vətəndaşları taksilərə üz tutmağa məcbur edir. Bu da taksilərə olan tələbatı artırır.
“Nə vaxt ki, Azərbaycanda ictimai nəqliyyat arzuolunan səviyyəyə gəlib çıxacaq, o zaman biz taksi sayına da məhdudiyyət qoya bilərik. Əslinə qalsa, həmin dövrdə artıq məhdudiyyət qoymağa da ehtiyac qalmayacaq, çünki proses özü-özünə həllini tapacaq. Vətəndaşlar normal ictimai nəqliyyat olduğu halda nəyə görə taksilərə əlavə pul vermək istəsinlər?”.
Elməddin Muradlı vurğulayıb ki, nəzərdə tutulan bu addım növbəti illərdə, ictimai nəqliyyatla bağlı problemlər öz həllini tapdıqdan sonra daha faydalı ola bilər.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










