“Onlar potensial olaraq ən ciddi qəza törədəndilər...” - Ekspert yol faciələrini yaradanlardan danışdı

Rəsmi məlumatlara əsasən, iyulun ilk 4 günündə yollarda baş verən qəzalarda 22 nəfər həlak olub. Belə qısa müddətdə bu qədər ağır göstərici isə istər-istərməz suallar yaradır.
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib ki, səhər saatlarında, hərəkətin pik vaxtı, ciddi sıxlıq və tıxac olan bir yerdə qəza hadisələrinin baş vermə səbəbi sürücülərin telefondan istifadəsidir:
“Həmin vaxt nəqliyyat axını gah gedir, gah da dayanır, orta sürət 10 km/saat-dan az olur. Diqqət etsəniz, hər 5 sürücüdən 4-nün əlində smartfon görəcəksiniz. Sadəlövhcəsinə düşünürlər ki, tıxacdır, sosial şəbəkələrə və ya başqa məlumatlara baxaq, görək nə var-nə yox? Onsuz da ara məsafəsi saxlamırıq, belə asta sürətdə isə az qala bufer-buferə və güzgü-güzgüyə sürürük. Sürücünün gözü isə smartfondadır. Qabaqdakı dayananda onu görmür və beləcə qəza hadisələri baş verir. Düzdür, tıxacda belə hadisə az miqdarda maddi ziyan vurur. Amma xeyli sürücü bunu yüksək sürət vaxtı da edir. Bu halda isə daha faciəli nəticələr olur”.
Ekspert əlavə edib ki, tıxacda bu səbəbdən baş verən hadisələr yolu daha da keçilməz edir:
“Nəticədə həmin tıxac daha dözülməz olur və uzun müddət davam edir. Tıxacdan çıxan sürücü isə ayağını qaza basaraq, çox aqressiv sürür, yolda ağır qəza baş verir. Avtomobil sürərkən smartfona baxan sürücü həm gözlərini kor edir, həm də potensial olaraq ən ciddi qəzaya düşür. Nəzərə almaq lazımdır ki, yollarda etdiyimiz ən xırda səhvlərlə ən ağır faciələr arasında məsafə gözlə qaş arasındakı qədərdir”.
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












