Onu tərk edən sevgilisinin avtomobilini yandırdı - VİDEO

Türkiyənin Adana vilayətində şəxs onu tərk edən sevgilisinin avtomobilini yandırıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Yüreğir rayonunun Yavuzlar məhəlləsində baş verib.
İddialara görə, 38 yaşlı Mahmud Ç. bir müddət əvvəl 34 yaşlı Əsra Ç. ilə sevgili olublar. Ancaq Əsra Ç. daha sonra Mahmud Ç. ilə xasiyyətləri uyğun gəlmədiyini deyərək ondan ayrılıb.
Bu ayrılığı heç cür qəbul edə bilməyən Mahmud, davamlı Əsranın qarşısını kəsərək onunla yenidən sevgili olmasını istəyib. Lakin bu dəfədə ondan rədd cavabı alan Mahmud, gecə Əsranın evinin qarşısına gələrək ona məxsus avtomobilin üzərinə benzin töküb yandırıb.
Yanğını fərq edən vətəndaşlar yanğınsöndürmə briqadalarına xəbər veriblər.
Hadisə yerinə gələn yanğınsöndürmə bölmələri alovu söndürüblər.
Yanğın söndürülsə də avtomobilə maddi ziyan dəyib.
Bundan sonra Əsra Ç. hadisə ilə bağlı polis şikayətlə müraciət edib. Şübhəli qısa müddət sonra polis əməkdaşları tərəfindən yaxalanıb.
Bölməyə gətirilən Mahmud ifadəsində, Əsranı çox sevdiyini ancaq buna baxmayaraq ondan ayrıldığını, bu səbəblə də ondan hayıf çıxmaq üçün avtomobili yandırdığını və buna görə də peşman olmadığını bildirib.
İfadəsinin ardından o, növbətçi məhkəməyə çıxarılıb. Hakim Mahmud Ç-yə ev həbsi cəzası verərək onu sərbəst buraxıb.
Namiq Musayev
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











