Oqtay Gülalıyevin səhhətində irəliləyiş var - VİDEO

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş var. “Qafqazinfo” xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev sosial şəbəkədə bildirib: “Atam Oqtay Gülalıyevin səhhətində müsbət dinamika davam edir. Sonuncu əməliyyatından sonra oyanıqlığı artıb. Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir. İrəlləyişlərin göstəricisinə əsasən xüsusi qurğu vasitəsi ilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhətində pis hal baş vermir. Az da olsa kömək vasitəsi ilə öz ayaqları üzərində dura bilir”.
Xatırladaq ki, Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən zaman vurulub. O, sürücü tərəfindən “Semaşko”ya aparılıb, oradan isə “City Hospital” xəstəxanasına aparılaraq əməliyyat olunub.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












