Ötən gün baş verən yol qəzalarında – 3 ölü, 1 yaralı

Ötən gün ölkənin daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət faktlarının və hadisələrin statistik məlumatları açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində Avtosfer.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər dünyasını dəyişib, daha 1-i isə xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilb.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
Namiq Musayev
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ










