Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı yeni hiyləsi - İKİ HƏDƏF

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizini verməyəcəklərini yenidən bəyan edib. Bu, yeni məsələ deyil, lakin onun regional kommunikasiyanın açılması ilə bağlı irəli sürdüyü yeni təklifin detalları maraqlıdır.
Avtosfer.az xəbər verir ki, erməni baş nazir bildirir ki, Azərbaycanın Naxçıvana çıxışı üçün yol verirlər və bu istiqamətdə (Mehri) mövcud olmayan infrastruktur qısa müddətdə inşa edilə bilər. Lakin hələlik alternativ infrastrukturdan istifadə etmək imkanı var: yük maşınları Gorusun Kornidzor (Almalı) keçid məntəqəsindən keçməklə Ermənistana daxil olur, daha sonra Ermənistan-Türkiyə sərhədində gedən yollarla Türkiyəyə aparılır, eyni marşrut əks istiqamətdə də istifadə edilir; təhlükəsizliyi rəsmi İrəvan təmin edir, azərbaycanlı sürücülər üçün psixoloji çətinlik yaranarsa, yüklərin daşınmasını Ermənistan yollarından daim istifadə edən Türkiyə yük maşınları təşkil edə bilər;
Paşinyanın təklifinə görə, Azərbaycan mövcud infrastrukturdan istifadə etməklə yükləri Türkiyəyə apara, oradan Naxçıvana daşıya bilər. Rəsmi İrəvan bununla həm Azərbaycanla, həm də Türkiyə ilə kommunikasiyanı erməni maraqları çərçivəsində həll etməyi düşünür.
1. Yük maşınlarının Laçın istiqamətindən keçərək, Ermənistan ərazisindən Türkiyəyə aparılması kommunikasiyanın “dəhliz” yox, “yol” məntiqi ilə açılmasının əsasını qoyur və Mehri istiqamətindən planlaşdırılan Zəngəzur dəhlizinin arxa plana keçməsi deməkdir: Kornidzor keçid məntəqəsindən Nikolun təklifi ilə istifadə edilməsi gələcəkdə Mehri istiqamətində də eyni prinsipin tətbiq edilməsinə zəmin yaradacaq;
2. İrəvan Türkiyə ilə sərhəddə Marqara keçid məntəqəsini Avropa İttifaqının maliyyəsi ilə hazır vəziyyətə gətirib və Ankara ilə razılaşmaya görə, bu keçiddən ilkin mərhələdə üçüncü ölkələr istifadə edə bilər; Paşinyanın məntiqi ilə Azərbaycan “üçüncü ölkə” kimi yoldan istifadə etməlidir və bununla həm Türkiyə-Ermənistan sərhədinin açılması baş tutur, həm də Ermənistan üçün həyati əhəmiyyət daşıyan Avropa bazarına çıxış imkanlarının önü açıla bilər;
İrəvan bir təkliflə iki hədəfə nail olmağa çalışır. Bakının buna razı olmayacağı bəllidir, hərçənd, Paşinyan müxtəlif çıxış yolları tapmaqla regional kommunikasiyanın erməni maraqları naminə açılmasına ümid edir, eyni zamanda, Ermənistanın hər fürsətdə sülhün tərəfdarı olduğunu göstərməyə çalışır (publika.az).
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA










