Paytaxtda güclü külək nəticəsində bir neçə avtomobil əzildi

Bakıda güclü küləyin törətdiyi fəsadlar nəticəsində bir neçə avtomobil əzilib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, ötən gündən müşayiət edilən küləkli hava şəraiti paytaxtın bir neçə rayonunda fəsadlara yol açıb. Belə ki, Nizami rayonu B.Nuriyev küçəsi, ev 67 A-nın üz örtüyünün bir parçası güclü külək səbəbindən qoparaq, İbrahim Alışova məxsus “Şkoda” markalı avtomobilin üzərinə düşərək şüşəsini sındırıb. Bundan başqa, küləkli hava səbəbindən Yasamal rayonu ərazisində də analoji hal olub. Rayonun Ə.Abdullayev küçəsi, 4 ünvanında dəmir hasar aşaraq, Aqil Abdullayeva məxsus BMW markalı avtomobilin ön hissəsini əzib.
Daha bir hadisə isə Xətai rayonunda qeydə alınıb. Rayonun R.Quliyev küçəsində Bakı şəhər sakini Murad Hüseynliyə məxsus yeni tikilinin 300 metrlik dam örtüyü Sərxan Abdullayeva məxsus “Qaz 24” markalı avtomobilin üzərinə düşərək əzib.
Qeydə alınan üç hadisə zamanı xəsarət alanlar olmayıb.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












