Paytaxtda piyada ona yol verməyən sürücünü sifətindən bıçaqladı

Rusiyanın Moskva şəhərində piyada ona yol verməyən sürücüyə bıçaqla xəsarət yetirib. Avtosfer.az xəbər verir ki, insident fevralı 4-də Rostokinsk küçəsində baş verib. Bu barədə Daxili İşlər Nazirliyini Moskva şəhəri üzrə Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 47 yaşlı taksi sürücüsü, onun üz nahiyəsinə bıçaqla zərbə endirən naməlum şəxslə bağlı polis bölməsinə şikayətlə müraciət edib.
Bildirilir ki, hadisəyə, taksi sürücüsünün tənzimlənməyən piyada keçidindən keçmək istəyən piyadaya yol verməməsi səbəb olub. Bundan sonra piyada ilə sürücü arasında mübahisə yaşanıb. Nəticədə piyada üzərində gəzdirdiyi bıçaqla zərərçəkənin sağ sifət nahiyəsinə bıçaq zərbəsi endirib və ardınca da hadisə yerindən qaçıb.
Sürücü xəstəxanaya getməkdən imtina edərək, polis bölməsinə gedib.
Hazırda polis hadisəni törədən şəxsin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.
Namiq Musayev
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











