Pekindən Azərbaycana gələn sərnişinlər hava limanında koronavirusla bağlı yoxlanılıb - VİDEO

Bu gecə Pekin-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunda ciddi yoxlanışdan keçiriliblər. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, təyyarədən enən 85 sərnişin koronavirusla bağlı hava limanında olan həkimlər və epidemiologiya xidmət tərəfindən müayinə edilərək yoxlanılıb. Sərnişinlərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tibbi maska ilə sərnişinlərin sənədlərini yoxlayıblar. Eyni zamanda DSX əməkdaşları tərəfindən digər ölkələrdən təyyarə ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərin onlarla təmasda olmaması üçün dövlət sərhədindən buraxılış məntəqələrinə keçmələrinə icazə verilməyib.
Qeyd olunub ki, Çindən gələn sərnişinlərin hamısı təhlükəsizlik səbəbindən tibbi müayinədən keçdikdən sonra digər sərnişinlərin dövlət sərhədindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək.
Nəticədə İstanbul-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlər foyedə gözləməli olublar.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












