Peskovdan Bakı və İrəvanın danışıqlar platforması üçün təklifə REAKSİYA

“Moskva Azərbaycan və Ermənistan arasında vəziyyətin həlli üçün çox mühüm vasitəçi olaraq qalır, bu ölkələr arasında danışıqların Rusiya platformasında aparılması məntiqli olardı”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Siz (Rusiya Prezidenti Vladimir Putinin) sözlərini eşitdiniz, biz öz platformamızı təqdim etməyə hazırıq. Moskva Ermənistanla Azərbaycan arasında vəziyyətin nizamlanmasının yekunlaşdırılması üçün çox vacib vasitəçi olaraq qalır”, - deyə Kreml nümayəndəsi bildirib.
Xatırladaq ki, bu gün Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir. Tədbirdə Rusiya Prezidenti Vladimir Putin Moskvanın Bakı və İrəvan arasında danışıqları təşkil etməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, dialoq nazirlər səviyyəsində baş tuta bilər. (oxu.az)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












