Piyadanı öldürən sürücü hakim qarşısına çıxarılır

Abşeron rayonunda 79 yaşlı qadını avtomobillə vurub öldürərək hadisə yerindən qaçmaqda ittiham edilən Elnur Zəkiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Hakim Sevin Quliyevanın icraatında olan iş üzrə hazırlıq iclası fevralın 25-də keçiriləcək.
Qeyd edək ki, hadisə dekabrın 22-si saat 18 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, “Yeni Qobu” avtomobil yolunda baş verib. Naməlum sürücü idarə etdiyi avtomobillə yolun kənarı ilə hərəkətdə olan piyada, 1940-cı il təvəllüdlü Əliyeva Xalidə Fətəli qızını vuraraq onun ölümünə səbəb olub və hadisə yerindən qaçıb. Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədənin “Opel Vektra” markalı 10-UE-602 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zəkiyev Elnur Zabit oğlu olduğu müəyyən edilib və saxlanılaraq istintaqa cəlb edilib.
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA











