Polis “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirdi - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 6 saylı tam orta məktəb-liseydə “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev, Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov, ictimaiyyət nümayəndələri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak edib.
Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki F.Azadəliyev çıxış edərək əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib. Şöbə rəisi deyib ki, hər kəs gənc nəslin sağlam böyüməsinə, valideynlərinin etimadını doğrultmasına, Vətənə layiqli övlad kimi yetişməsinə çalışmalıdır. Lakin bu gün narkomaniyaya meyl edən yeniyetmə və gənclərə hələ də rast gəlinməsi təəssüf hissilə xatırlanıb. Qeyd olunub ki, məhz bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.
Sonra F.Azadəliyev narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi mübarizə tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər.
Daha sonra çıxış edənlər polis əməkdaşları tərəfindən məktəblilərlə belə görüşlərin keçirilməsini yüksək qiymətləndirib, şagirdləri bu həssas mövzuya diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Gültən
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO













