Prezident Bakıda 8 zolaqlı yolun açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nobel qardaşları prospektinə paralel inşa olunmuş dənizkənarı yeni yolun açılışında iştirak ediblər. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, “Azvirt” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Kamil Əliyev dövlətimizin başçısına yeni avtomobil yolu, buradakı yol qovşaqları, mühəndis qurğuları və yeraltı piyada keçidləri barədə məlumat verib. Qeyd edilib ki, 8 zolaqlı yol ən müasir tələblər səviyyəsində və yüksək keyfiyyətlə inşa edilib. Yolun hərəkət zolaqlarının eni 3,75 metrdir. Yeni yol Ağ Şəhər bulvarının yaxınlığında yerləşir. Burada istirahət edən insanların təhlükəsizliyi üçün yolun tikintisi zamanı hər birinin eni 8 metr olmaqla 3 piyada keçidi də inşa olunub.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Yeni yolun Ağ Şəhər yaşayış massivi yaxınlığında yerləşməsi keçmişdə “Qara şəhər” adlanan ərazinin dövlətimizin başçısının tapşırığına əsasən tamamilə abadlaşdırılması və yeni görkəm alması istiqamətində görülən mühüm işlərin davamlı olduğunu nümayiş etdirir. Bu yolun inşası təkcə sosial məna daşımır, bunu həm də Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsinə töhfə kimi də qiymətləndirmək olar. Bütün bunlarla yanaşı, yeni yol həm də paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












