Prezidentin köməkçisi sülh müqaviləsindən DANIŞDI

“Biz sülh gündəmini dəstəkləyirik və hesab edirik ki, iki ölkə arasında sülh müqaviləsinin tez bir zamanda yekunlaşdırılması region üçün daha yaxşıdır”.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Euronews”a müsahibəsində deyib. O, ilk olaraq antiterror tədbirinin mahiyyətindən söz açıb və bunun məhdud xarakter daşıdığını vurğulayıb:
"Nəticədə hərbi infrastruktur böyük ölçüdə zərərsizləşdirilib. Bu gün biz qısamüddətli antiterror tədbirinin dayandırıldığını deməkdən şadıq. Onlar öz silahlı qüvvələrini ərazidə tərksilah edirlər. Azərbaycan öz niyyətini çox açıq şəkildə bildirdi ki, əgər onlar hərbi birləşmələri tərksilah etsələr və ya tərksilah etmək qərarına gəlsələr, Azərbaycan bu antiterror tədbirini dayandırmağa və Yevlağa və Azərbaycanın bəzi digər şəhərlərinə dəvət etdiyimiz Qarabağ ermənilərinin sakinlərinin nümayəndələri ilə dərhal təmaslara başlamağa hazırdır. Dünən isə Azərbaycan Prezident Administrasiyası bir daha bəyanatı ilə çıxış etdi və bizim onları reinteqrasiyaya dəvət etdiyimizi təkrarladı”.
H.Hacıyev vurğulayıb ki, Azərbaycan da Qafqazın inteqrasiya olunmuş region konsepsiyasını dəstəkləyir:
“Bu proses çərçivəsində qonşu dövlətlər də mehriban qonşuluq münasibətlərinə can atmalıdır”.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












